Məlumata görə, görüş iştirakçıları Xəzər regionunda çoxtərəfli əməkdaşlıq məsələlərinin geniş mövzuları ətrafında fikir mübadiləsi aparıblar.
“Beşlik” Xəzəryanı dövlətlər çərçivəsində əməkdaşlığın qurulması üzrə gələcək tədbirlər, o cümlədən Xəzəryanı ölkələrin Xarici İşlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq məsələləri müzakirə edilib.
Məlumata görə, bu görüş Ümumdünya Xəzər Dənizi Günü münasibətilə keçirilib. 2003-cü ildə Xəzər dənizinə sahili olan beş ölkə “Tehran Konvensiyası” kimi tanınan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasını imzaladı. Bu konvensiya 2006-cı il avqustun 12-də qüvvəyə minmişdir və bütün ölkələr bu müqaviləni mühüm ekoloji hadisə kimi qeyd etmiş və o vaxtdan bu günü “Xəzər dənizi günü” adlandırmışlar.
Sizin rəyiniz